Vətən müharibəsi şəhidi dəfn edilib

Vətən müharibəsi şəhidi dəfn edilib backend

Vətən müharibəsində şəhid olan 31 yaşlı Pərviz Hafiz oğlu Tağıyev dəfn edilib.

Qazilər.az xəbər verir ki, şəhid Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Pərviz Hafiz oğlu Tağıyev 1990-cı ildə anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. Müharibənin ilk günlərindən ailəsi ondan xəbər ala bilməyib. Bu gün onun nəşi Suqovuşan-Tərtər istiqamətində tapılaraq ailəsinə təhvil verilib.

Diaspora