İyun ayı meteomüşahidələr tarixində ən isti dövr olub

İyun ayı meteomüşahidələr tarixində ən isti dövr olub backend

Meteoroloqlar ətraf mühitin müşahidələri tarixində 2015-ci ilin iyun ayının ən isti dövr olduğunu bildiriblər. Bu məlumat ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi tərəfindən verilib.


QAZİLER.AZ saytı məlumatına görə, AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, ötən ay Yer kürəsində orta temperatur 1880-ci ildən etibarən, yəni son 135 il ərzində ən yüksək həddə çatıb. Ötən ay planetimizdə orta temperatur XX əsrin iyun aylarında müşahidə edilən orta temperaturdan Selsi ilə 0,88 dərəcə yüksək olub.

Temperatur rekordları daha çox Avropanın 20 ölkəsində qeydə alınıb. Sonrakı yerlərdə Afrika və Asiya ölkələri, eləcə də Avstraliya gəlir.

Dünyanın 10 ən böyük meqapolisindən 8-i dəniz sahillərində yerləşdiyindən bu şəhərlər daim daşqın riskinə məruz qalır. 1990-ci ildən buzlaqların əriməsi və bu prosesin 2000-ci illərdən artdığı müşahidə edilir.

Ekspertlər bildirirlər ki, iqlim dəyişiklikləri səbəbindən dünya okeanının yuxarı qatlarında və səthində temperatur artıb. Artıq bütün dünyada isti günlərin artması müşahidə olunur. Ötən il 91 tropik qasırğa qeydə alınıb ki, bu da 1981-2010 illərlə (82 qasırğa) müqayisədə çoxdur.
Diaspora