Neftçalanın icra başçısı özünə müavin təyin etdi

Neftçalanın icra başçısı özünə müavin təyin etdi backend

Neftçala Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

“Report”un Aran bürosu xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidovun müvafiq əmri ilə 1985-ci il təvəllüdlü Məmmədov Şaiq Seyfəddin oğlu birinci müavin vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ş.Məmmədov bundan əvvəl 61 saylı Neftçala seçki dairəsində Dairə seçki komissiyasının sədri vəzifəsində işləyib.