Mingəçevirdə 516 nəfər daimi və mövsümi işlə təmin olunub

Mingəçevirdə 516 nəfər daimi və mövsümi işlə təmin olunub backend

Cari ilin 6 ayında Mingəçevir Şəhər Məşğulluq Mərkəzinə 626 nəfər işaxtaran vətəndaşdan müraciət daxil olub. Müraciət edənlərin 159-u qadın, 107-si gəncdir.


QAZİLER.AZ saytı xəbər verir ki, Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, müraciət edənlərdən 296 nəfəri öz peşəsinə uyğun işlə təmin olunub ki, onların da 73-ü qadın, 53-ü gəncdir. Vətəndaşlar əsasən emal sənayesi, tikinti, elektrik enerjisi, təbii qaz və içməli su təchizatı, səhiyyə və sosial xidmətlər, maliyyə, rabitə və kommunal xidmət sahələrində işlə təmin olunublar. Bundan əlavə, cari ilin 6 ayı ərzində Mingəçevir Əmək Birjası tərəfindən qeydiyyatda olan vətəndaşlardan 220 nəfəri müvəqqəti xarakterli mövsümü işə göndəriş alıb.

Bu günlərdə Mingəçevir Məşğulluq Mərkəzinin təşkilatçılığı, idarə və təşkilat rəhbərlərinin iştirakı ilə “Sosial tərəfdaşların məşğulluq xidmətində rolu” mövzusunda maarifləndirmə xarakterli “dəyirmi masa” keçirilib. Bu ilin sonunadək Mingəçevir şəhərində “Əmək yarmarkası”nın, tələbə və məzunlar üçün isə “Karyerada ilk addım” adlı məşğulluq tədbirinin keçirilməsi nəzərdə tutulur.
Diaspora