Dövlət Komitəsində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş olub

Dövlət Komitəsində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş olub backend

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev  komitə yanında İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüşüb.

Qaziler.az bildirir ki, komitə sədri şura üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.  

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində islahatlar aparıldığı, 44 günlük Vətən müharibəsində qazanılan qələbə nəticəsində isə bu kateqoriyadan olan vətəndaşların öz doğma torpaqlarına qayıtmasına imkan yarandığı  diqqətə çatdırılıb. Məcburi köçkünlərin mütləq əksəriyyətinin tezliklə doğma yurda dönmək arzusunda  olduğu, dövlətimizin başçısının tapşırığı ilə böyük qayıdışa hazırlıq görüldüyü, bu məqsədlə geniş miqyaslı tədbirlərin həyata keçirildiyi qeyd edilib. İctimai Şuranın yeni tərkibinin məhz belə məsul bir vaxtda fəaliyyətə başladığı vurğulanıb. Bildirilib ki, məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində ictimai iştirakçıllığın səmərəli təşkilinə nail olmaq üçün komitə tərəfindən Şuraya hər cür dəstək veriləcəkdir.

İctimai Şuranın yeni seçilmiş üzvləri mövcud qanunvericiliyə və ölkə rəhbərinin tələbinə uyğun fəaliyyət göstərəcəklərini, qaçqın və məcburi köçkünlərlə səmərəli iş aparmaqla yanaşı, onların maariflənməsində və qanuni mənafelərinin qorunmasında yaxından iştirak edəcəklərini bildiriblər.

Görüşdən sonra İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib. Anar Xəlilov İctimai Şuranın sədri, Xatirə Vəliyeva sədr müavini və Samirə Hüseynova isə katibi seçilib