Türkiyənin ən böyük ikinci monastırı olan və bir müddət əvvəl bərpa işlərinin tamamlandığı “Məryəm ana monastırı” xarici turistlərin ziyarəti üçün açılıb.
QAZİLER.AZ saytı məlumat verir ki, AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, monastırı ziyarətə gələn ilk turistlər yunanlar olub. Vaxtilə Türkiyə və Yunanıstan əhali idarələrinin mübadiləsi nəticəsində Sebinkarahisar bölgəsindən Yunanıstana köçmüş qədim yunan nəslindən olan turistlərin yer aldığı 40 nəfərlik nümayəndə heyəti monastırı ziyarət edib.
Sebinkarahisarda Kayadibi kəndində yerləşən və qayadakı mağaranın üzərində inşa edilən monastırın ortodoks yunanlar tərəfindən ziyarəti maraqla qarşılanıb.
Qeyd edək ki, hələ orta əsrlərdə romalılar xristian dininin yayılmasına mane olduğu üçün əhali dinin təbliği ilə əlaqədar gizli məkanlar seçirdi. “Məryəm ana monastırı” da belə gizli yerlərdən biri olub.