Azərbaycan və Litva XİN başçılarının görüşü olub - Yenilənib

Azərbaycan və Litva XİN başçılarının görüşü olub -  Yenilənib backend

Bakıda Azərbaycan və Litva xarici işlər nazirləri Ceyhun Bayramov və Qabrielius Landsbergis arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan xarici işlər naziri Litva ilə əlaqələrin fəal inkişaf etdiyini deyib və ölkələr arasında siyasi dialoqun və iqtisadi əməkdaşlığın olduğunu vurğulayıb.

“Litva investisiyalar sahəsində bizim əhəmiyyətli tərəfdaşımızdır. Bu sahədə böyük potensialın olduğunu düşünürük”, – o bildirib.

C.Bayramovun sözlərinə görə, görüş zamanı kənd təsərrüfatı və rabitə sahələrində əməkdaşlıq məsələləri də müzakirə olunub. Qeyd edilib ki, bu günə qədər Azərbaycanla Litva arasında 39 sənəd imzalanıb və daha 12 sənəd hazırlanmaqdadır.

xxxxx

12:07

Nazir Ceyhun Bayramovun Litvalı həmkarı Gabrielius Landsbergis ilə təkbətək görüşü başlayıb.

Qazilər.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tviter hesabında paylaşım edilib.

Qeyd edək ki, Litva Respublikasının xarici işlər naziri Gabrielius Landsbergis Azərbaycanda rəsmi səfərdədir.