Azad Rəhimov Bakıya gətirildi

Azad Rəhimov Bakıya gətirildi backend

Gənclər və idman naziri Azad Rəhimovun son durumu açıqlanıb.

Azvision.az -ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib ki, Azad Rəhimovun vəziyyəti ağır olaraq qalır: "Hazırda vəziyyəti çox ağırdır".

Məlumata görə, A.Rəhimov ABŞ-dan Bakıya gətirilib. Onun paytaxtda özəl klinikaya yerləşdirildiyi, koma vəziyyətində olduğu deyilir.

Qeyd edək ki, nazir A.Rəhimov yanvar ayında müalicə olunmaq üçün ABŞ-a gedib. O, ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkir.