Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Yardımlıda vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Yardımlıda vətəndaşları qəbul edəcək backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 28-də saat 10:00-da Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Yardımlı şəhəri, Heydər Əliyev prospekti, 255) Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan sakinləri qəbul edəcək. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən bildiriblər.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar komitənin Masallı bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər.
Diaspora