Azərbaycan Kazak Həmyerlilər Birliyi və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənc jurnalist” adlı forum keçirilib. Forum Azərbaycan milli mətbuatının 140 illiyinə həsr edilib.
Azərbaycan Kazak Həmyerlilər Birliyi və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənc jurnalist” adlı forum keçirilib. Forum Azərbaycan milli mətbuatının 140 illiyinə həsr edilib.
AZƏRTAC xəbər verir ki, forumda mətbuat, gənclər üçün informasiya portalı, Azərbaycanın Rus İcması və tatar diasporunun nümayəndələri iştirak ediblər.
Forumu Azərbaycan Kazak Həmyerlilər Birliyi gənclər təşkilatının rəhbəri Sergey Samuylov açaraq iştirakçıları bayram münasibətilə təbrik edib, gənclər sektorunun işindən danışıb.
Sonra “Tatarıstan” İctimai Birliyinin sədr müavini, inCity.az informasiya-mədəniyyət portalının rəhbərlərindən biri Emin Ramazanov çıxış edib. O, informasiya portalının fəaliyyətindən və KİV sahəsində gənclərlə işindən söhbət açıb. Qeyd edib ki, portal tatarların və Tatarıstanın həyatından hadisələri işıqlandırır.
Azərbaycanın Rus Əsilli Gənclər Assosiasiyasının rəhbəri Anastasiya Kononova gənc bloggerin yay məktəbinin açılması barədə məlumat verib.
Gənclərlə iş üzrə kurator Qriqori Dorofeyev gənc və istedadlı jurnalistlər üçün mükafatlar təsis olunmasını təklif edib.
Tədbir iştirakçıları sonda çıxışlara və gənclər üçün informasiya agentliyinin işinin təkmilləşdirilməsi və gənc istedadların cəlb edilməsi təkliflərinə yekun vurublar.