“YAŞAT”ın rəhbəri: “20 milyona yaxın vəsait artıq təyinatı üzrə xərclənib”

“YAŞAT”ın rəhbəri: “20 milyona yaxın vəsait artıq təyinatı üzrə xərclənib” backend

Bu günə qədər “YAŞAT” Fondu 2881 şəhid ailəsinin evində olub.

APA-nın xəbərinə görə, bunu mətbuat konfransında “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov bildirib.

Onun sözlərinə görə, eyni zamanda 2700-dən artıq qazi ilə müxtəlif yerlərdə görüşüblər, 300-dən artıq yataq xəstəsi olan qazinin evində görüş keçirilib:

“YAŞAT” Fondunun dörd fəaliyyət istiqaməti var. 20 milyon manata yaxın vəsait artıq təyinatı üzrə xərclənib. Türkiyədən bir qrup həkim gəlmişdi, onlar qazilərlə görüş keçirib. Həmin qazilər Türkiyəyə müalicəyə göndərilib. 76 qazi Türkiyəyə göndərilib, onlardan yeddisi artıq Vətənə dönüb. Hazırda 69 qazinin Türkiyədə müalicəsi davam edir.

Eyni zamanda İsraildən 8 cərrah gəlmişdi, 30-dan artıq qazi əməliyyat olunub. 50-dən artıq qaziyə süni göz, 2 qaziyə buynuz qişa qoyulub”.