Bilikli insanların yeni nəsli yetişir - Prezident

Bilikli insanların yeni nəsli yetişir -  Prezident backend

İndi gənc nəslin təliminə çox böyük diqqət yetiririk. Son illərdə bilikli insanların yeni nəsli yetişir.

Qazilər.az xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 28-də Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə videokonfrans formatında görüşündə deyib.

Prezident İlham Əliyev azərbaycanlı gənclərin təcrübəçi kimi Dünya İqtisadi Forumunun təşəbbüs və proqramlarında iştirakına imkan yaradıldığına görə Borge Brendeyə təşəkkürünü bildirib.

İnvestisiyaların cəlb edilməsi üçün ölkəmizdə yaxşı mühitin olduğunu deyən Borge Brende azərbaycanlı gənclərin çox mükəmməl olduqlarını vurğuladı və onların Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi işinə töhfə verəcəklərinə əminliyini bildirib.