YAP-ın mətbuat katibi işdən çıxarıldı - Səbəb

YAP-ın mətbuat katibi işdən çıxarıldı -  Səbəb backend

Yeni Azərbaycan Partiyasında (YAP) kadr islahatları davam edir.

Qazilər.az Unikal.org-a istinadən xəbər verir ki, uzun illərdir partiyanın Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan Hüseyn Paşayev tutduğu vəzifədən azad edilib.

Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, Hüseyn Paşayev ötən gün Mərkəzi Seçki Komissiyasının üzvü seçildiyi üçün YAP-dakı vəzifəsindən azad edilib.