“İkinci Qarabağ müharibəsi və minalar” adlı vebinar keçiriləcək

“İkinci Qarabağ müharibəsi və minalar” adlı vebinar keçiriləcək backend

Aprelin 29-u saat 15:00-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “İkinci Qarabağ müharibəsi və minalar” adlı vebinar keçiriləcək.

Qaziler.az bildirir ki, tədbir zamanı müharibədən sonra işğaldan azad olunmuş ərazilərdəki minaların yaratdığı təhlükələr müzakirə olunacaq. Moderatoru BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin olacağı tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov, Mina Məsləhət Qrupunun (MAG) kommersiya direktoru Adam Komorovski, Piyada Əleyhinə Minaların Qadağan Edilməsi üzrə Beynəlxalq Hərəkatın siyasət və hökumətlərlə əlaqələr üzrə meneceri Kasia Derlika-Rozenbauer və BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova çıxış edəcək.

Tədbiri mərkəzin “Facebook” səhifəsi vasitəsiilə Azərbaycan https://facebook.com/aircenteraz/ və “Youtube” kanalımız vasitəsi ilə ingilis dilində https://www.youtube.com/channel/UCMPFLuKa3rNPjcWAS5PYy3w canlı izləmək mümkündür.

Diaspora