1 saylı Tibbi Klinik Mərkəzin (Semaşko) direktoru İlham Qafarov vəzifəsindən azad edilib.
Qaziler.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bu barədə müvafiq əmr imzaladığı qeyd olunub.
Əmrə əsasən, 1 saylı Tibbi Klinik Mərkəzə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov təyin olunub.
İ.Qafarov isə 1 saylı Tibbi Klinik Mərkəzin direktor müavini vəzifəsinə təyin edilib.