“Əlbəttə, bizim üçün ən böyük hədiyyə işğal altındakı torpaqlarımızın otuz ildən sonra azad edilməsi oldu”
Bunu Moderator.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Xalq artisti Əlixan Səmədov deyib. Musiqiçi doğum günüylə bağlı öz xoş təəssüratlarını bölüşüb:
“Hər gün studiyada, çəkilişlərdə oluram deyə doğum günümdən yadımdan çıxıb. Bunu ancaq sizlər deyəndə bilirəm. Əlbəttə, bizim üçün ən böyük hədiyyə işğal altındakı torpaqlarımızın otuz ildən sonra azad edilməsi oldu. Buna görə Ali Baş Komandana və Ordumuza minnətdaram. Allah torpaq uğrunda canından keçən şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Biz isə həmişəki kimi sənət adamı olaraq xidmətimizi davam etdiririk. Xalqımıza əmin-amanlıq arzulayıram”.
Xalq artisti ən böyük arzularından birinin Şuşada konsert vermək olduğunu dedi:
“Əlbəttə, bir çox sənət dostlarım kimi mənim də arzum Şuşamızda Cıdır düzündə balaban ifa etməkdir. Niyə də olmasın. Yeni layihələrimiz var, Cıdır düzündə ifa edəcəyim mahnını da hazırlayacam”.
Qeyd edək ki, Əlixan Səmədov 1964-cü ildə Sumqayıtda anadan olub.