"Əsl Xarı bülbül Şuşada rast gəlinəndir" - Nazir müavini

 "Əsl Xarı bülbül Şuşada rast gəlinəndir" -  Nazir müavini backend

"Xarı bülbül çoxillik ot bitkisidir".

Qaziler.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, Azərbaycanda Ophrys caucasica bitkisinin bütün növləri xalq arasında bu adla adlanır və üç növü var: "Bunlar Qafqaz quş səhləbi, Arı quş səhləbi və Mozalan quş səhləbi bitkiləridir. Bunların üçünü də ümumiləşdirib Xarı bülbül demək olar. Əfsanədə olduğu kimi, bülbül və sinəsinə qonmuş arı. Əsl Xarı bülbül Şuşada rast gəlinəndir və həqiqətən də, Şuşamızın tacı və florasının birinci simvoludur".