Azərbaycanda keçmiş icra başçısı vəfat edib

Azərbaycanda keçmiş icra başçısı vəfat edib backend

Cəbrayıl Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Kərim Kərimov vəfat edib.

Qazilər.az xəbər verir ki, bu barədə sosial şəbəkədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, K.Kərimov Almaniyada müalicə aldığı klinikada dünyasını dəyişib.

Qeyd edək ki, K.Kərimov 1992-1993-cü illərdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!