ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi tərəflərinin atəşkəs rejiminə riayət və hörmət etməsi məsələsi qaldırılıb
QAZİLER.AZ saytının Trend-ə istinadən məlumatına görə, bunu Bakıda jurnalistlərə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
O bildirib: "Biz Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsi imkanının müzakirəsini davam etdiririk".
C.Uorlik qeyd edib ki, azərbaycanlı girovların azad edilməsi məsələsi də müzakirə olunur.