Vətən müharibəsi şəhidi Fəxrəddin Fərəcovun övladı dünyaya gəlib

Vətən müharibəsi şəhidi Fəxrəddin Fərəcovun övladı dünyaya gəlib backend

Vətən müharibəsi şəhidi Fəxrəddin Fərəcovun övladıd ünyaya gəlib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, xaçmazlı şəhidin oğluna onun adı verilib. Quba Perinatal Mərkəzdə dünyaya göz açan körpə bu gün evə buraxılıb. Mərkəzdən verilən məlumata görə, şəhidin həyat yoldaşının və körpənin vəziyyəti normaldır. 

Bu, F.Fərəcovun ikinci övladıdır. Şəhidin digər oğlu Ülvinin isə bir yaşı var. 

Şəhid Fəxrəddin Fərəcovun övladının zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə anaya 1000 AZN təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanacaq və şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, F.Fərəcov Cəbrayıl, Füzuli, Hadrut və Xocavəndin azad olunması uğrunda döyüşüb. O oktyabr ayının 23-də Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan kiçik çavuş F.Fərəcov ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.