Azərbaycanda sonuncu dəfə belə hava 11 il əvvəl olub

Azərbaycanda sonuncu dəfə belə hava 11 il əvvəl olub backend

“Bu il iyul ayı əvvəlki illərlə müqayisədə bir qədər fərqli keçir. İyulun I ongünlüyündə temperatur yüksək idi, istilər müşahidə olunurdu. Lakin II ongünlükdə demək olar ki, şimal-qərb küləyi üstünlük təşkil etdi. Bununla əlaqədar yüksək temperatur müşahidə olunmadı”.



Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Baş hidroloq bildirib ki, iyul ayında belə qeyri-sabit hava şəraiti sonuncu dəfə 11 il əvvəl müşahidə olunub: “Xüsusən iyul ayının 16-sı, 17-si, 18-i, 19-u, 22-si və 23-ə keçən gecə respublika ərazisində yağış yağıb. Ən çox yağış Lənkəran-Astara və Böyük Qafqaz ərazisində qeydə alınıb. Müşahidə dövrünə nəzər salsaq, görərik ki, iyul ayında bu cür qeyri-stabil hava şəraiti 1985, 1993 və 2004-cü illərdə müşahidə olunub”.

A. Verdiyev qeyd edib ki, yaxın 2-3 gün ərzində Bakı və Abşeron yarımadasında temperatur 30-35 dərəcə arasında dəyişəcək: “Həftə sonundan etibarən temperaturun tədricən yüksələcəyi gözlənilir”.
Diaspora