Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə

Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə backend

Azərbaycanda bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu və siyahıya alınmanın vaxtı açıqlanıb.

Qafqaz MÜsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, sənəd qəbuluna fevralın 20-dən start veriləcək.

Sənəd qəbulu may ayının sonlarına kimi davam edəcək.

Zəvvarlardan sənəd qəbulu üçün passport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə foto və sağlamlıq haqqında arayış tələb olunur.

Həcc ziyarətinin proqramı və qiymətlərin müəyyən edilməsi üçün QMİ-nin əməkdaşları hazırda Səudiyyə Ərəbistanındadır.

Ziyarətlə bağlı Azərbaycan üçün kvota da müəyyənləşəcək. Bildirilib ki, builki qiymətlərin əvvəlki illərə nisbətən baha olacağı gözlənilir.

Bu il də zəvvarlar ziyarətə yalnız təyyarə ilə gedəcəklər. Suriyada baş verən hadisələrlə əlaqədar avtobuslarla səfər nəzərdə tutulmur.

Sənəd qəbulu yalnız QMİ tərəfindən aparılır.
Diaspora