Abşeron rayonunun Qobu qəsəbəsində şəhid baba və nəvənin xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə-bulaq kompleksi inşa olunub.
Qaziler.az-ın məlumatına görə, bununla əlaqədar əraziyə baxış keçirən rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovaya bildirib ki, I Qarabağ müharibəsində döyüşən baba Hüseynov Gülverdi Ağahüseyn oğlu 1992-ci ildə, II Qarabağ müharibəsində isə onun nəvəsi Qasımov Gülverdi Abil oğlu 2020-ci il oktyabrın 26-da qəhrəmancasına döyüşərək şəhidlik zirvsinə yüksəliblər. Qeyd olunub ki, ərazisdə əsaslı təmir-bərpa işləri həyata keçirilib. Abidənin ətrafına həmişəyaşıl gül kolları və müxtəlif növ dekorativ ağaclar əkilib. Pilləkanlar və ərazi aqlay daşlarla üzlənib.
Vətənimizin bütövlüyü uğrunda Azərbaycan igidlərinin göstərdiyi şücaətdən danışan başçı bildirib ki, onların qəhrəmanlıqları sayəsində torpaqlarımız düşməndən azad olunub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, iradəsi və düzgün qərarları ilə 30 illik vətən həsrətinə son qoyulduğunu vurğulayan başçı şəhidlərimizə allahdan rəhmət, qazilərimizə şəfa diləyib. Respublikada şəhid ailələrinə və ümumilikdə müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışan başçı onların qarşılaşa biləcəyi bütün problemlərin həlli istiqamətində ciddi tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Sonra qəsəbə Ağsaqqallarından Məhəbbət Qasımov, xeyriyyəçi Ağasəlim Məmmədov, Gülverdi Hüseynovun təhsil aldığı Qobu 2 nömrəli tam orta məktəbin drektoru Səkinə Abbasova çıxış edərək qəhrəmanlar haqqında xatirələrindən, onların döyüş yolundan danışıblar.
Məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.
Daha sonra şəhidin valideynləri Abil və Pakizə Qasımavlar ilə görüşən İ.Gülməmmədova onların qayğıları və problemləri ilə maraqlanıb.
Şəhidin ailə üzvləri Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirərək onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını ifadə ediblər.
Sonda şəhidlərimizin ruhuna dualar oxunub. (yenisabah.az)
Allah rəhmət eləsin.




