Bakı şəhəri, Nizami rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılıb.
QAZİLER.AZ -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə FHN-nin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Maye halında olan kimyəvi element nazirliyin mütəxəssisləri tərəfindən yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 14:42-də başa çatıb.