Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri geri çağırıldı

Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri geri çağırıldı backend

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Xanım Məmmməd qızı İbrahimovanın vəzifələrindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

Qaziler.az-ın məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Xanım Məmməd qızı İbrahimova Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılsın".

Diaspora