“Azərişıq“ ASC cənub bölgəsində yenidənqurma işləri aparır

“Azərişıq“ ASC cənub bölgəsində yenidənqurma işləri aparır backend

"Azərişıq" ASC-nin Cənub Regional Enerji Satışı və Təchizatı İdarəsinin (RETSİ) struktur tərkibinə daxil olan elektrik şəbəkələrində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı məqsədi ilə əsaslı və cari təmir işlərinin sxemi hazırlanıb.


QAZİLER.AZ saytı xəbər verir ki, Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Cənub RETSİ-nin struktur tərkibinə daxil olan Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı Elektrik şəbəkələrinin hər birini qısa müddətdə ən keyfiyyətli və müasir vəziyyətə gətirilməsi qarşıya məqsəd kimi qoyulub.

İyulun 1-ə olan məlumata görə, Cənub RETSİ üzrə ümumilikdə, 97 Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Onlardan 46-sı elektrik şəbəkələrinə qoşulub. KTM-ləri quraşdıran zaman yerli iqlim şəraiti də nəzərə alınıb. Rütubətin və yağışların daha çox olduğu cənub ərazilərdə bəzi KTM-lər tez çürüyən materiallarla deyil, daşdan tikilib, mühafizə zolağı ilə əhatələnib və ətrafı abadlaşdırılıb. Bu müddətdə 4 ədəd 110 kilovoltluq (kV)- 42 ədəd 35 kV-luq, 629 ədəd 6/10 kV-luq, 5306 ədəd 0,4 kV-luq istismar müddətini bitirib və təhlükəli xarakter almış ağac və sınıq-salxaq beton dayaqlar yeni dəmir və dəmir-beton dayaqlarla əvəzlənib. Bir çox yerlərdə yarımstansiyanın elektrik verilişi xətlərinin mühafizə zonaları pozulduğundan təbiət hadisələri və qəza baş verdikdə istehlakçıların elektrik təchizatında uzun müddətli fasilələr yaranırdı. Cənub bölgəsində bu cür hadisələrə son qoymaq üçün 1700 metr 35 kV-luq EVX AS 95, 40 805 metr 6/10 kV-luq EVX AS-50, 1215 metr 10 kV-luq kabel XLPE, 89 330 metr 0,4 kV-luq EVX (SİP) yeni elektrik xətləri çəkilib. Bundan başqa xeyli sayda KTM, elektrik naqillərində və beton dayaqlarda cari təmir işləri aparılıb, profilaktik tədbirlər görülüb. Vacib olan iki yarımstansiyada da cari təmir işləri həyata keçirilərək işlək vəziyyətin keyfiyyəti qaldırılıb. Yeni və eləcə də dəyişiklik zərurəti olan abonentlər üçün 1138 sayğac quraşdırılaraq təhvil-təslim işləri aparılıb.
Diaspora