YAP İdarə Heyəti MSK üzvlüyünə namizədləri təsdiqlədi

YAP İdarə Heyəti MSK üzvlüyünə namizədləri təsdiqlədi backend

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilib.

Qazilər.az xəbər verir ki, iclasda Milli Məclisdə deputatları çoxluq təşkil edən YAP-ın Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşib.

Həmin şəxslərin adlarını təqdim edirik:

Məzahir Pənahov

Rövzət Qasımov

Hüseyn Paşayev

Şaitdin Əliyev

Ramiz İbrahimov

Validə Kazımova

Sürəddin Hümmətov - ehtiyat üzv

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

Məsələ gələn həftə - aprelin 27-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Diaspora