Siyavuş Novruzovdan Hüseynbala Mirələmovun videosu ilə bağlı adından yayılan fikirlərə REAKSİYA

Siyavuş Novruzovdan Hüseynbala Mirələmovun videosu ilə bağlı adından yayılan fikirlərə  REAKSİYA backend

"Təəssüf hissi ilə bildirmək istəyirəm ki, sosial şəbəkələrdə Hüseynbala Mirələmovun yayılmış videogörüntüləri ilə əlaqədar mənim adımdan hansısa “fikir”lər tirajlanır. İddia olunur ki, guya həmin sözlər mənə məxsusdur. Qətiyyətlə bildirirəm ki, mən bu məsələ ilə əlaqədar hansısa fikir və mövqe bildirməmişəm".

Qazilər.az xəbər verir ki, bu barədə millət vəkili Siyavuş Novruzov sosial şəbəkədə məlumat yayıb.

Deputat bildirib ki, bəzi feysbuk istifadəçilərinin bu cür saxtakar əməllərini ikrah hissi ilə qarşılayır:

"Xatırladıram ki, belə hərəkətlər vasitəsilə barəmdə qıcıq yaradılmağa çalışılması ləyaqətsizlikdir və hüquqi məsuliyyət doğurur. Belə uydurma məlumatlar yayanlar, qarayaxma kampaniyası aparanlar çirkin əməllərinə davam edəcəkləri halda, qanun qarşısında cavab verəcəklər. Bir daha sosial şəbəkə istifadəçilərini belə ləyaqətsizlərin və saxtakarların ucuz yalanlarına inanmamağa çağırıram".

Demokrat.az

Diaspora