Yol patrul xidməti görünməyən yerdə dayana bilərmi? - VİDEO

Yol patrul xidməti görünməyən yerdə dayana bilərmi? -  VİDEO backend

"Qaydaları pozmayan sürücü üçün polisin harada dayanmasının heç bir fərqi olmamalıdır".

Qazilər.az Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev yol-patrul xidməti əməkdaşlarının görünməyən yerdə dayanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Şöbə rəisi deyib ki, məsələyə bu şəkildə yanaşanlar Dövlət Yol Polisininin əsas funksiyalarından xəbərsizdir.

Namidan Piriyev bildirib ki, patrul avtomobillərindəki xüsusi texniki vasitələrin köməyi ilə inzibati xəta hadisələrinin aşkar edilməsi də yol-patrul xidməti əməkdaşlarının vəzifə borcudur.

Buna görə də yol polisinin harada dayanmasının heç bir fərqi yoxdur.

Şöbə rəisi deyb ki, yol polisinin yolun hərəkət hissəsində dayanmaqdansa, kənarda bir yerdə dayanması daha məqsədəuyğundur. Onun sözlərinə görə, qaydaları pozmayan və sürət həddinə əməl edən sürücü üçün yol polisinin harada dayanmasının heç bir fərqi olmamalıdır.