Radə Abbasın Dövlətə müraciəti!

Radə Abbasın Dövlətə müraciəti! backend

Müharibə veteranı, 2-ci qrup əlil Radə Abbas Prezident və xanımına, həmçinin nazirlərə müraciət ünvanlayıb. 

Qazilər.az Radə Abbasın müraciətini olduğu kimi təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev

Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri generel-polkovnik Vilayət Eyvazova

Surəti: Dövlət Təhlükəsizlik Xidmətinin Rəisi cənab Əli Nağıyevə

Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə

Cənab Prezident, Hörmətli Mehriban xanım, dəyərli nazirlərim mən Sizə vətən qarşısında xidmətləri olan bir vətəndaş kimi müraciət edirəm.

Bildirirəm ki, 1992-ci ildən etibarən Azərbaycanın ərazi bütövlüyü təhlükə qarşısında olduğu zaman mən də bütün soydaşlarımız kimi müharibəyə getdim. Müharibə dövründən başlayaraq, 2001-ci ilə qədər həqiqi hərbi xidmət keçmişəm. 2001-ci il Azərbaycan Respublikasının Müdafiə Nazirinin müvafiq əmri ilə ordu sıralarından tərxis olunmuşam. Sağlamlığımda ciddi problemlərim var. 2006-cı ildən Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədriyəm. Təşkilat olaraq qadınlarımızın problemlərinin həll edilməsi ilə bərabər Qarabağı heç vaxt unutmadıq. Müxtəlif ölkələrdə Azərbaycanın Qarabağ problemlərini, girovluqda olan qadınlarımızı dünyaya tanıtmaq üçün çalışmışıq. Uğurlu layihələr həyata keçirmişik. 2020-ci ildə Azərbaycanın Vətən Müharibəsi apardığı zaman biz də Ölkə başçısının müracətinə qoşulduq və ordumuza, əsgərimizə bacardığımız qədər köməklik etdik, mənəvi dayaq olduq.

Cənab Prezident! Mən vətənimi və dövlətimi sevirəm. Hökumətimin siyasi xəttini dəstəkləyirəm. Rəhbərlik etdiyim təşkilat da başdan-başa dövlətçiliyə xidmət etmək üçün fəaliyyət göstərir. Lazım bilinirsə araşdırılsın.

Cənab Prezident, Mənim Ali Baş Komandanım,

Azərbaycan qadınlarının ləyaqətli təmsilçisi və himayəçisi Mehriban xanım!

Son günlər beşinci kolonun xidmətçisi olan bir qrup insan mənim əleyhimə kompaniya aparır və məni ləkələmək üçün hər bir lazımsız yoldan istifadə edirlər. Müxtəlif sosial şəbəkələrdə, saxta profillərlə mənim xidmətlərimə kölgə salan, şəxsiyyətimi alçaldan yazılar, yalan məlumatlar yayan bu qrupun içərisində müxtəlif yerlərdə xidmət edən, lakin beşinci kolonun yanında birləşən insanlar var. Həmin insanlar rəhmətə getmiş Qarabağ əlili ərimi, atasız böyütdüyüm, hazırda tələbə olan oğlumu, ailəmi, mənimlə birlikdə müharibədə olmuş qadınların heysiyyatını təhqir edirlər. Xidmətlərimizi ləkələyirlər. Həmin qrupa qarşı mübarizəmizdə biz Sizə güvənirik. Mən sağlamlığımı müharibədə itirmişəm. Son zamanlar müalicə olunmağa maddi imkanlarım belə yoxdur. Bu insanlarla mübarizə aparmağa salmalığım imkan vermir. Bu insanların qruplaşmasının tək səbəbi mənim və qadınlarımızın beşinci kolona qarşı mübarizə aparan Ali Baş Komandanımızın yanında olmağımıza maniyə yaratmaqdır.

Cənab Ali Baş komandanım! Mən ailəmin təhlükəsizliyini qorumağı Daxili İşlər Naziri Vilayət Eyvazovdan xahiş edirəm! Bu hücumlar, təhdidlər mənim səhhətimə də çox pis təsir edir. Əgər həyatımı itirsəm günahkar həmin qrupun üzvləri və hücumların təşkilatçıları olacaq. Mən DÖVLƏTİMƏ güvənirəm və dövlətimizn mənim həyatımı ləyaqətimi qorumasını istəyirəm!

Hörmətli Prezident, Hörmətli Mehriban xanım, cənab nazirlərim Bu qruplaşmanın pis niyyətlərinin qarşısını almanızı Sizdən xahiş edirəm.

Cənab Prezident, Mehriban xanım! Buradan hər şeyi təfsilatı ilə yazmaq mümkün deyil. Sadəcə bir ana, bir qadın, müharibə veteranı kimi Sizdən köməklik istəyirəm. Müharibə veteranlarına, şəhid ailələrinə, Qarabağ əlillərinə qarşı müxtəlif zamanlarda hücumlar edilir. Biz müharibədə sağlamlığını, arzularını itirmiş insanlar Sizdən köməklik gözləyirik.

Bizlərə sahib çıxın, dövlətə və qazilərə hücum edən təxribatçılardan bizi qoruyun.

Hörmətlə:

Müharibə veteranı, 2-ci qrup Hərbi Xidməti vəzifələrini yerinə yetirərkən əlil olmuş Radə Abbas

Diaspora