Həbs edilən baş həkim: qəfil parlayan gənc stomotoloq

Həbs edilən baş həkim:  qəfil parlayan gənc stomotoloq backend

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bu gün rüşvətə görə həbs etdiyi həkimlərdən biri də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Əli Ağa oğlu Ağayevdir.

Qazilər.az xəbər verir ki, İ.Ağayev 1998-ci ildə Tibb Universitetinə daxil olub, 2003-cü ildə stomotoloq ixtisası üzrə oranı bitirib. 2003-2006-cı illərdə çənə cərrahı ixtisası üzrə internatura və kliniki ordinatura keçib.

Stomatologiya kafedrasının assistenti olub, tibb elmləri namizədidir.

Aktiv əmək fəaliyyətinə (Qırmızı Xaç Komitəsində 2004-2006-cı illərdə stomotoloq kimi çalışması və Təcili Tibbi Yardımda köməkçilik etməsini çıxsaq) 2009-cu ildə başlayıb. 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında, 2012-ci ildən “MediStyle Dental” klinikasında stomatoloq vəzifəsində işləyib.

2014-cü ildə isə diş həkimi qəfildən “MediStyle Hospital”ın baş həkimi olub.

2020-ci ildə də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının Baş həkimi təyin edilib.

Axar.az

Diaspora