Xocalı soyqırımının iyirmi üçüncü ildönümü ölkənin təhsil müəssisələrində qeyd ediləcək.
QAZİLƏR saytı xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr verıb. Əmrə əsasən, XX əsrin ən dəhşətli faciələrindən biri kimi daxil olmuş Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib.Tədbirlər Planına əsasən, 26 fevral günündə təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək. Təhsil müəssisələrində soyqırıma həsr olunmuş matəm mitinqləri, xatirə gecələri, sərgilər və s. keçiriləcək.