ABŞ rəsmisi Azərbaycanla münasibətlərdə yaranmış soyuqluğa münasibət bildirib
“Diplomatiya və beynəlxalq münasibətlər ailə münasibətləri kimidir. Bəzən hər şey çox yaxşı gedir, mehribançılıq olur, bəzən isə soyuqluq yaranır”.
APA-nın verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibinin köməkçisinin baş müavini Riçard Hoqland ABŞ-la Azərbaycan arasında bir müddət əvvəl müşahidə olunan soyuq münasibətləri şərh edərkən deyib.
“Əsas odur ki, tərəflər bir araya gəlsin, xoş niyyət, qarşılıqlı hörmət göstərib, münasibətləri bərpa etsin”, - deyə o bildirib.