Azərbaycan Ordusunun şəhid əsgəri dəfn edilib - YENİLƏNİB

Azərbaycan Ordusunun şəhid əsgəri dəfn edilib -  YENİLƏNİB backend

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşmüş, daha sonra nəşi tapılmış hərbi qulluqçusu Kərimli Qalası Müslüm oğlu dəfn edilib.

“Report”un məlumatına görə, əsgər Q.Kərimli doğulduğu Hacıqabul rayonunun Muğan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

11.57

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşmüş, daha sonra nəşi tapılmış hərbi qulluqçusu Kərimli Qalası Müslüm oğlunun cənazəsi doğulduğu Hacıqabul rayonunun Muğan qəsəbəsinə gətirilib.

“Report”un məlumatına görə, əsgər Q.Kərimli ilə vida mərasimi keçirilir.

Mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Vida mərasimindən sonra o, qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Q.Kərimli 2000-ci il yanvarın 8-də Hacıqabul rayonunun Muğan qəsəbəsində anadan olub. Noyabrın 2-də onunla əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb. Q.Kərimli Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.

Prezident İlham Əliyevin ötən ilin dekabrın 18-də imzaladığı sərəncam ilə əsgər Kərimli Qalası Müslüm oğlu “Cəsur döyüşçü” medalı ilə təltif edilib. O, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə təltif olunub.