“Qurdlar vadisi” serialında Güllü Ərhan obrazını canlandıran türkiyəli aktyor Ərhan Ufak bu gün Bakıdakı Hərbi Qənimətlər Parkında olub.
Qazilər.az Kult.az-a istinadla xəbər verir ki, bu barədə erməni əsgər və zabitlərin maketlərinin hazırlanmasında əməyi keçən heykəltaraşlardan biri olan Rəşid Məhərrəmov instaqram səhifəsində məlumat yayıb.
Rəşid qeyd edib ki, aktyor onun işləri ilə yaxından tanış olub və Hərbi Qənimətlər Parkının çox gözəl olduğunu bildirib.
