Rəşad Nəbiyev yeni vəzifəsi haqqında danışdı

Rəşad Nəbiyev yeni vəzifəsi haqqında danışdı backend

“Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında Azərbaycan Respublikasının “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə əlaqədar yaradılmış İşçi qrupun rəhbəri təyin olundum”. 

Qazilər.az xəbər verir ki, bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev öz “Facebook” hesabında yazıb. 

O bildirib ki, əminəm ki, İşçi qrupun aidiyyəti dövlət orqanları, elmi müəssisələr və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlığı funksional, genişmiqyaslı “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə sürətli keçid üçün zəmin yaradacaq.

Diaspora