Hərbi Qənimətlər Parkında eksponatlar məhv edilir - VİDEO

Hərbi Qənimətlər Parkında eksponatlar məhv edilir - VİDEO backend

"Neçə gündür sosial şəbəkələrdə Hərbi Qənimətlər Parkından yayılan görüntülərlə tanış oluram. Tankın üstünə dırmaşaraq şəkil və video yayanlar da gördüm, eksponatı həqiqi erməni separatçısı bilib üzünü döyəcləyərək telefonuna çəkənin videosuna da rast gəldim. Bu gedişlə Hərbi Qənimətlər Parkında sərgilənən eksponat və manekenlərdən əsər-əlamət qalmayacaq".

Qazilər.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Hərbi Qənimətlər Parkı gənc və gələcək nəslin əldə etdiyimiz qələbə və onun miqyası ilə tanış olması üçün yaradılıb:

“Əgər manekenlər sındırılacaqsa, onsuz da dağılmış tankın lüləsi qırılacaqsa, göstərməyə bir şey qalmayacaq. Hərbi Qənimətlər Parkı açıq havada muzeydir. Necə ki, qapalı muzeydə hansısa eksponata əl vurmaq, onun üzərinə çıxıb şəkil çəkdirmək qadağandır, eləcə də Hərbi Qənimətlər Parkında eyni qaydalar tətbiq olunmalıdır”.

Diaspora