Millət vəkili bir qrup qazi ilə görüşdü

Millət vəkili bir qrup qazi ilə görüşdü backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bir qrup qazi ilə görüşüb.

Qazilər.az xəbər verir ki, millət vəkili qazilərin döyüş yolu və qayğıları ilə yaxından maraqlanıb, onları öz cəbhə xatirələrini yazmağa və yeniyetmlərin hərbi-vətənpərvərlik tərbiyəsi işinə töhfələr verməyə çağırıb.

Qazilər - baş leytenant Tərlan Babaşov, leytenant Toğrul Məmmədov, əsgər Emil Qasımlı, I Qarabağ müharibəsinin qaziləri Çingiz Şirinov, Çingiz Babayev, II qrup Qarabağ əlili Etibar Yusifovu düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edən Komitə sədri deyib:

“Əziz qazilər, sizin və cəbhə yoldaşlarınızın fədakarlığı, fəaliyyəti sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.

Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edir, mülki həyatda sizə yeni uğurlar diləyirəm!”

Q.Paşayeva qazilərə Mədəniyyət Komitəsi adından təbrik və təşəkkür məktubu, Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Qazilər Komitə sədri ilə öz cəbhə xatirələrini bölüşüb və səmimi görüş üçün təşəkkür edib.