Prezidenti və xanımı Eldar Quliyevin dəfn mərasiminə əklil göndərib - FOTO

Prezidenti və xanımı Eldar Quliyevin dəfn mərasiminə əklil göndərib -  FOTO backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalq artisti, rejissor Eldar Quliyevin dəfn mərasiminə əklil göndərib.

Qazilər.az xəbər verir ki, əklillər vəsiyyətinə uyğun olaraq "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşı Anjela Quliyevanın yanında dəfn edilən rejissorun məzarı önünə qoyulub.

Qeyd edək ki, E.Quliyev uzun sürən xəstəlikdən sonra aprelin 16-da vəfat edib.

APA

Diaspora