Xalq artisti Eldar Quliyev dəfn olunub

Xalq artisti Eldar Quliyev dəfn olunub backend

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev dəfn olunub.

"Report" xəbər verir ki, Xalq aristi Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığında vəsiyyətinə uyğun olaraq həyat yoldaşının yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailəsi, sənət yoldaşları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, mərhumun cənazəsi Təzə Pir məscidindən götürülüb. 

Eldar Quliyev aprelin 16-da 80 yaşında vəfat edib

Diaspora