Eldar Quliyev sabah dəfn olunacaq

Eldar Quliyev sabah dəfn olunacaq backend

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev sabah günün birinci yarısında dəfn olunacaq.

Bu barədə "Report"a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

O bildirib ki, mərhumun qızlarının xarici ölkələrdən gəlməsi gözlənilir: "Onlardan biri bu gün gecə, digəri səhər saatlarında çata biləcəklər. Onlar gəldikdən sonra saatı da tam dəqiqləşəcək".

Diaspora