Azərbaycan internetin sürətinə görə neçənci yerdədir? – STATİSTİKA

Azərbaycan internetin sürətinə görə neçənci yerdədir? –  STATİSTİKA backend

Azərbaycan dünyada mobil internetin sürətinə görə 140 ölkə arasında 64-cü yeri tutub.

Qazilər.az İndex.az-a istinadən xəbər verir ki, bu barədə “Speedtest Global Index” hesabatının mart ayı üçün açıqlanan reytinqində deyilir.

Məlumata görə, ölkəmiz sabit internetin sürətinə görə isə 177 ölkə arasında 120-ci yerdə qərarlaşıb.

Reytinqə əsasən, mart ayı ərzində Azərbaycanda mobil internetdən yükləmənin sürəti 35.19 Mb/saniyədən 35.50 Mb/saniyəyə artıb. Sabit internetin yükləmə sürəti isə 25.55 Mb/san-dən 24.73 Mb/san-ə enib.

“Speedtest Global Index” reytinqinə əsasən, mart ayında Azərbaycan mobil və sabit internetin sürətinə görə 1 pillə geriləyib.

Diaspora