Lukaşenko İlham Əliyevin oğlundan danışdı: "Bildiyimə görə oğlunuz da..."

Lukaşenko İlham Əliyevin oğlundan danışdı: "Bildiyimə görə oğlunuz da..." backend

"Pandemiya və postpandemiya şəraitində vəziyyətin təhlilinə xeyli vaxt sərf etdik. Biz sabahdan etibarən Belarus əhalisinin kütləvi peyvəndlənməsini başlayacağıq. Vaksinlər özümüzünküdür, Rusiya Federasiyasının “Sputnik V” texnologiyası əsasında yaradılıb. Biz ölkədə yarım milyon doza vaksin istehsal edəcəyik. Bu qədər vaksini özümüz istifadə edə bilməyəcəyik".

Qazilər.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən deyib.

Belarus Prezidenti daha sonra deyib: "Bu vaksini Azərbaycanla bölüşməyə hazırıq. Sənaye, kənd təsərrüfatı, ağac emalı, informasiya texnologiyaları, səhiyyə, turizm sahələrində kooperasiya əlaqələrinin inkişafı üçün böyük potensial var. Bizdə daha çox sayda gənclərin təhsil alması üçün nə lazımdırsa edəcəyik. Vaxt gələcək, biz Azərbaycanın təcrübəsini öyrənəcəyik. Yaxşı ali məktəblər çoxdur, lap çoxdur. Yeri gəlmişkən, bildiyimə görə, Sizin oğlunuz da Bakıda orta məktəbi bitirib və indi ali məktəbdə oxuyur".

Diaspora