Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat etdi

Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat etdi backend

Laçın Rayon Vergilər Şöbəsinin rəisi Fariz Zeynallı vəfat edib.

Qaziler.az xəbər verir ki, o, bir müddət əvvəl koronavirusa yoluxubmuş.

F.Zeynallı aprelin 13-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Zeynallı Fariz İsa oğlu 1959-cu il yanvar ayının 1-i Laçın şəhərində ziyalı ailəsində anadan olub. 1976-cı ildə Laçın şəhər 1 N-li orta məktəbi bitirib. İlk əmək fəaliyyətinə Laçın Rayon Yağ-pendir kombinatında başlayıb. 1977-1979-cu illərdə Sovet ordusu sıralarında hərbi xidmət keçib. 1985-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (İndiki Azərbaycan Dövlət İqtisad Universitetini) Mühasibat uçotu ixtisası üzrə bitirib.

1985-1988-ci illərdə Laçın Rayon Əmanət Bankında müfəttiş, 1988-1990-cı illərdə Laçın Rayon Nəzarət Komitəsi sədrinin müavini, 1991-ci ildən Laçın Rayon Vergi Müfəttişliyində şöbə müdiri vəzifəsində çalışıb. 2006-cı ildən ömrünün sonuna qədər Laçın Rayon Vergilər Şöbəsinin rəisi vəzifəsini icra edib. İşlədiyi müddətdə savadlı və peşəkar iqtisadçı kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Laçın Rayon İcra Hakimiyyətinin ictimai-siyasi həyatında yaxından iştirak edib, fəaliyyəti müxtəlif təltif və mükafatlarla qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 11 fevral tarixli, 738 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Diaspora