Ölməzlər – Füzuli uğrunda döyüşlərdə şəhid olan Amal Əhmədov - VİDEO

Ölməzlər – Füzuli uğrunda döyüşlərdə şəhid olan Amal Əhmədov -  VİDEO backend

Əhmədov Amal Rauf oğlu 3 may 1996-cı ildə Rusiyanın Tver şəhərində doğulub. 2002-2013-cü illərdə Gəncə şəhərində 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-cü ildə Gəncə Texniki Kollecinə daxil olub. 2014-cü ildə təhsilini dayandıraraq hərbi xidmətə yollanıb.

10 yaşından atasını itirən Amal daha sonra ailənin bütün yükünü çiyinlərində daşıyıb. Anası Mehriban Əhmədova deyir: “Başqa analar oğullarını çayxanadan çağıranda, mən onu məcbur edirdim ki, get dostlarınla vaxt keçir, gəzintiyə çıx. Amma Amal o qədər yorğun olurdu ki, özünə vaxt ayıra bilmirdi. Başını dizlərimə qoyub deyirdi ki, bura elə mənim istirahətimdir”.

Sentyabrda Vətən müharibəsinə yollanan Amal Cəbrayılda, Füzulidə döyüşüb. 13 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.