REDAKTOR.AZ-ın 2 yaşı tamam olur - TƏBRİK EDİRİK!

REDAKTOR.AZ-ın 2 yaşı tamam olur -  TƏBRİK EDİRİK! backend

Bu gün əsası 2019-cu ilin aprel ayının 10-da qoyulan Redaktor.az saytının 2 yaşı tamam olur.

Qazilər.az saytının əməkdaşları bu yaradıcı və məsuliyyətli yolda həmkarlarına uğurlar arzulayır, fəaliyyətləriylə qazandıqları oxucu sevgisini daha da artırmağı diləyir. 

Sayt 2 il ərzində gördüyü işlərin kiçik xulasəsini və əməyi keçən bütün işçilərinə təbrik mesajı yazıb:

"İnamla deyə bilərik ki, Redaktor.az bu qısa müddət ərzində Azərbaycanın media məkanında özünü ciddi xəbər saytı kimi tanıtmağı bacardı. Gündəlik oxucu sayı 25-30 min olan saytımıza, hətta dünyamızı cənginə alan COVID-19 adlı bəla da cidd təsir edə bilmədi. Düzdür, koronavirusun bütün sahələrdə yaratdığı maliyyə çətinlikləri bizim saytdan da yan keçmədi. Ancaq bu işgüzar kollektivin səmərəli fəaliyyəti və bizimlə əməkdaşlıq edən şirkətlərin dəstəyi ilə nəinki ayaqda qala bildik, hətta 19 mart 2021-ci il tarixində Mətbuat Şurasına üzv qəbul olunduq. Bizə etimad göstərib sıralarına qəbul etdiklərinə görə Mətbuat Şurasının bütün üzvlərinə öz minnətdarlığımızı bildiririk.

Zəfərlə başa vurduğumuz 44 günlük Vətən müharibəsində digər media qurumları kimi bizim sayt da aktiv fəaliyyət göstərdi. Bunu həzm edə bilməyən bədnam qonşularımız və sapı özümüzdən olan baltalar tərəfindən saytımıza xaker hücumları oldu. Öz işinin peşəkarı olan dostumuz Cavanşir Hüseynovun sayəsində bunu da həll etdik.

Bütün bu kimi bir çox çətinliklərdən keçərək 2 yaşını qeyd edən saytımızın tanınmasında, onun oxunaqlı media orqanı kimi formalaşmasında və geniş oxucu auditoriyası qazanmasında bizə göstərdikləri dəstəyə görə yaxın dostlarımıza, bizimlə əməkdaşlıq edən şirkətlərin rəhbərlərinə və kollektivlərinə, sorğularımızı hər zaman operativ cavablandıran dövlət qurumlarının mətbuat xidmətlərinə, saytımızda bir gün də olsun işləmiş dəyərli jurnalist həmkarlarımıza bir təsisçi olaraq öz minnətdarlığımı bildirirəm.

Saytın yaranmasının ideya müəllifi tanınmış jurnalist Bahadur Seyidova (Bahadur Hoca), ilk baş redaktorumuz tanınmış telejurnalist Eldəniz Vəliyevə, jurnalistlər Xəyalə Məmmədova, Sərdar Məmmədov, Anar Türkeş, Firuzə Vahid, Gülşən Şərif, Sevda Bayramova, Rüfət Xəlilov, Müzəffər İsmayıl, Cavanşir Hüseynov, Gülnar Süleymanova, Orxan İsmayıl, Sevda Ulutau, Günsoy Abbas, Sadiq Səmədzadə, Çinarə Abdullayeva, Aysel Hacıyeva, Mahir Xəttab, Pəri Abdullayeva, Əli Səfərov, Nərmin Məcidli, Nihadə Eyubbova, Xədicə Ağayeva, Lalə Cəfərli, Nuranə Daxilqızı, Şəfəq Samed, Redaktor.az-ın rəsmi qeydiyyatı zamanı sənədləşmə işinə göstərdiyi dəstəyə görə Ülviyyə Niftəliyeva və saytın maliyyə yükünü çiyinlərində daşıyan icraçı direktorumuz Rasim Heydərova xüsusi təşəkkür edirəm.

Başqa bir təşəkkür isə köşə yazıları ilə saytımızı rəngarəng edən tanınmış yazarlar İlham Tumasa,  Mintac Elsevər, Ayşə Kərimova, İlqar Rəsul, Sara İbrahim, Anar Rəsul və Fəridə Məmmədovaya düşür.

Redaktor.az saytı gənc jurnalist Oral Mədənçinin baş redaktorluğu ilə bundan sonra da oxucularımızı 24 saat xəbərlə təmin etməyə davam edəcək.

Var olun, dostlar! Bir daha hamınızı təbrik edirəm!"

Qazilər.az sevincinizə qoşulur və bir daha TƏBRİK EDİRİK!

 

Diaspora