Bakıda məktəb-liseyin müəllimi vəfat edib - FOTO

Bakıda məktəb-liseyin müəllimi vəfat edib -  FOTO backend

Bakının 20 nömrəli məktəb-liseyinin əməkdaşı vəfat edib.

“Report” xəbər verir ki, məktəbin riyaziyyat müəllimi İradə Tağıyeva 59 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İ.Tağıyeva 1962-ci il aprelin 18-də anadan olub. Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1984-cü ildən əmək fəaliyyətinə başlayıb.

Mərhumun həyat yoldaşı Bəxtiyar Tağıyev də 20 nömrəli məktəb-liseydə riyaziyyat fənni üzrə dərs deyir.

Allah rəhmət eləsin!

Diaspora