Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir - SƏRƏNCAM

Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir -  SƏRƏNCAM backend

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Nazirlər Kabineti iki ay müddətində  “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin Sumqayıt istehsalat sahəsinin istifadəsində olan Sumqayıt şəhəri, Metallurgiya küçəsi, 1 ünvanındakı 67,35 hektar və Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkının qərb sərhədi boyunca yerləşən 8,05 hektar olmaqla, ümumilikdə 75,4 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin daimi istifadəsinə verilməsini təmin etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.