Baş prokuror Vətən müharibəsində itkin düşənlərin ailə üzvlərini qəbul etdi backend

Baş prokuror Vətən müharibəsində itkin düşənlərin ailə üzvlərini qəbul etdi

Baş Prokuror Kamran Əliyev Vətən müharibəsində itkin düşən 25 hərbçinin ailə üzvləri ilə görüşüb.

Qazilər.az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluqda görüş zamanı itkin düşən hərbi qulluqçuların ailə üzvləri ilə söhbətlər aparılıb, onların şikayətləri dinlənilib və qeydiyyata alınıb.

Məlumata görə, itkin düşən hərbi qulluqçuların ailə üzvlərinin hər biri Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.