Millət vəkili şəhid anası ilə görüşdü

Millət vəkili şəhid anası ilə görüşdü backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonu Düz Cırdaxan kənd sakini, Vətən müharibəsinin şəhid Kamran Bayram oğlu Əsgərovun anası Leyla Məhəmməd qızı Əsgərova və qardaşı Vəli Əsgərovla Milli Məclisdə görüşüb.

Qazilər.az xəbər verir ki, millət vəkili şəhid ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb.

Vurğulanıb ki, Kamranın bir qız, bir oğlu yadigar qalıb.

“Bu övladlar hər birimizin mənəvi övladıdır və onlar ömrü boyu başıdik gəzəcək, qürurla yaşayacaqlar. Bu ömürlük şərəfi onlara şəhid ataları bəxş edib”, - millət vəkili deyib.

Kamran Əsgərovun “Vətən uğrunda” medalı ilə təltif edildiyini vurğulayan millət vəkili şəhidlərimizin ruhu qarşısında baş əydiyini, onların vətənpərvər ailələrinin yanında hər zaman olacağını bildirib.

Q.Paşayeva şəhidin ailə üzvlərinə Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Diaspora